Uduzan Putinin yaxın zamanlar üçün "zəhərli ssenariləri"...

383 13-10-2022, 15:05 dunya

"Nüvə müharibəsinin beynəlxalq təhlükəsizlik sistemi və qlobal iqtisadiyyatı sarsıdacağı labüddür..."
"Dinc ukraynalılara qarşı terror, Avropada diversiyalar, zamanı udmaq, nüvə apokalipsisi..."

Qərb liderləri get-gedə gözlənilməz olan və "Ukraynadakı müharibəni uduzduğunu gözəl anlayan" Rusiya prezidenti Vladimir Putinin bundan sonra nə edəcəyini proqnozlaşdırmağa cəhd edir. Bu zaman Putinin Ukrayna və Qərb üçün bir neçə mümkün "zəhərli ssenarilər" hazırladığı barədə fikirlər yürüdülür.

Xeberdar.net xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.

Qərb siyasətçiləri qış ərəfəsində Ukraynanın energetika obyektlərinin məhvi, Avropanın infrastrukturunun bundan sonra da dağıdılması, habelə nüvə silahı ilə yeni təhdidlər üzrə Putinin yeni terrorçu kompaniyasından əndişənəlir.

"Ukraynanın müttəfiqləri olaraq biz təmkinimizi qoruyub saxlamalı və Putinin qəbuledilməz ritorikasına bizim cavab tədbirlərimizi diqtə etməsinə imkan verməməliyik", - Niderlandın müdafiə naziri Kaysa Ollonqren bəyan edib və əlavə edib ki, NATO istənilən ssenariyə hazırdır.

Nəşr Putinin düşündüyü bir neçə ssenarini nəzərdən keçirir və Qərb müttəfiqlərinin onlara necə hazırlaşdığını göstərir.

1. Dinc ukraynalılara qarşı terror

Oktyabrın 10-da Rusiya raketləri pik saatında Kiyevin mərkəzinə düşüb. Mərkəzi Avropanın bir yüksək vəzifəli diplomatının fikrincə, raket hücumları "Krımı Rusiya ilə birləşdirən körpüyə görə qisas" olub.

Lakin başqa ekspertlər ehtiyat edir ki, Ukraynada Kremlin daha qəddar ssenarisi işlənib hazırlanır.

Ukrayna məmurlarının sözlərinə görə, Putinin hədəfi energetika obyektləridir. Qış yaxınlaşdıqca, onların işi ukraynalılar üçün həyati əhəmiyyət kəsb edir.

Hərbi analitiklər bundan sonra nə baş verəcəklərindən çox narahatdır. Belə ki, NATO baş katibinin sabiq köməkçisi Henrix Braus qeyd edib ki, Ukraynada Rusiya qüvvələrinə yeni təyin edilmiş komandan Sergey Surovikin "son dərəcə qəddardır və dinc sakinlər onun heç vecinə də deyil".

Rusiya tərəfindən qorxunc terrorla bağlı Almaniya bəyan edib ki, Kiyevə müasir IRIS-T hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını surətləndirəcək.

Ukrayna həmçinin noyabrın əvvəlinədək Amerikanın 2 "torpaq-yer" NASAMS raket sistemlərini almalıdır. ABŞ prezidenti Co Bayden ukraynalılara "HHM ön sistemləri" şəxsən vəd edib.

Lakin bəzi ekspertlərin fikrinə görə, Ukraynanın bütün ərazisini müdafiə etmək praktiki olaraq mümkün deyil.

2. Avropada diversiyalar

Nəşrin fikrincə, Rusiya çətin ki, NATO üzvü olan dövlətə açıq şəkildə hücum etsin. Lakin Avropada gizli diversiyalar törətmək Kremlin iş üslubudur.

"Əvvəla, "Şimal axınları" sualtı qaz kəmərlərində baş verən partlayışlar Kremlin əl izləri olan diversiyalarıdır. Sonra kimsənin alman dəmir yolunun strateji cəhətdən mühüm qovşaqlarının elektrik kabellərini zədələməsi, böyük ehtimalla, Kremlin xaincəsinə fəaliyyətinin daha bir nümunəsidir.

Çoxsaylı başqa mümkün senariləri də mövcuddur. Latviyanın baş naziri Krişyanis Karinşin sözlərinə görə, Avropa "Rusiyanın terror aktlarından qorunmaq üçün potensial olaraq həssas infrastrukturunun mühafizəsini gücləndirməlidir". NATO etiraf edib ki, belə "hibrid hücumlar" o dərəcədə ciddi ola bilər ki, Alyansın 5-ci maddəsi işə düşə bilər. Yəni "müttəfiqlərin birinə olan hücum hamıya edilən hücum kimi" qiymətləndirilir. Lakin ekspertlər etiraf edir ki, Avropanın infrastruktur şəbəkəsi çox genişdir. Ona görə də onları 100 faiz mühafizə etmək mümkün deyil.

"Həm quruda, həm də dənizdə patrul xidmətini gücləndirmək olar, lakin bu halda da hər şeyə nəzarət etmək mümkün deyil. Həmçinin, kibertəhlükə də mövcuddur və ondan müdafiə olunmaq son dərəcə mürəkkəbdir", - "Politoco" yazır.

3. Zamanı udmaq

Putin stavkaları yüksəltsə də, o, həmçinin zamanı udmağa cəhd edir. Çünki ümid edir ki, qışın soyuğu münaqişənin dinamikasını dəyişəcək və Qərb, nəhayət, Ukraynanı silahlandırmaqdan və maliyyələşdirməkdən yorulacaq.

Putin "Mən necə udum?" sualından "Mən məğlubiyyətdən necə yan keçim?" sualına keçib, - bunu birləşmiş xidmətlər Kral institutunun baş elmi əməkdaşı Mark Qaleotti deyib. O Rusiya liderinin taktikasını "strateji dözüm" adlandırıb.

Ekspertlər iddia edir ki, məhz buna görə Putin bir neçə min rusiyalını döyüş əməliyyatlarına cəlb edib. Qərb liderləri yaxşı anlayır ki, Putin müharibədən yorulmağa və enerji daşıyıcılarının qiymətlərinin yüksək olmasına stavka edir ki, Ukraynaya dəstək azalsın.

Ekspertlər xəbərdarlıq edir: Rusiyanın xaricdə, xüsusilə Şərqi Avropa ölkələrində iğtişaşları qızışdırmaq sahəsində uzunmüddətli təcrübəsi var.

"Hesab edirəm ki, biz bundan sonra da eskalasiyaya hazır olmalıyıq", - bunu SAIS xarici siyasət İnstitutunun baş elmi əməkdaşı Daniel Hamilton deyib.

4. Nüvə apokalipsisi

"Politico"nun fikrinə görə, bu yaxınlaradək ağlasığmaz görünən nüvə müharibəsinin gerçək perspektivi mövcuddur. Hərçənd, bəzi Qərb ekspertləri əmin edir ki, Putinin nüvə ritorikası qorxutmaq taktikasıdır. Bununla o həm Ukraynada, həm də Kiyevi dəstəkləyən ölkələrdə insanları qorxutmağa ümid edir.

"Əgər Rusiya əvvəllər müvəqqəti ələ keçirmiş əraziləri qorumaq üçün nüvə silahı ilə təhdid edərsə o zaman hamımız şantaja məruz qalacağıq, - Latviyanın baş naziri Krişyanis Karinş deyib.

Bundan sonra nə olacaq? Məsələn Putin Moldovaya irəliləyəcək və nüvə hücumu ilə təhdid edəcək. Kimsə buna müqavimət göstərəcəkmi? Beləliklə, o, getdikcə daha çox ərazi zəbt edəcək.

NATO yekdilliklə qərar qəbul edib: Vaşinqton öz üzərinə təşəbbüs götürüb Putini nüvə tabusunu pozmamağa inandırmalıdır. Öz tərəfindən Rusiya iqtisadiyyatını ayaqda saxlamağa kömək edən Çin və Hindistan da həmçinin öz rolunu oynaya bilər.

Axı nüvə müharibəsinin onsuzda kövrək vəziyyətdə olan beynəlxalq təhlükəsizlik sistemini və qlobal iqtisadiyyatı sarsıdacağı labüddür.

Bundan isə hətta Rusiyanın müttəfiqləri də yan keçmək istərdi, "Politico" qeyd edir.

XƏBƏR LENTİ