Britaniyada dövlət borclanması sentyabrda 23 milyard dollara çatıb

423 21-10-2022, 17:05 dunya

Britaniyada dövlət borclanması sentyabrda 23 milyard dollara çatıbBöyük Britaniya hökumətinin dövlət borcu rekord inflyasiya səbəbindən sentyabr ayında 20 milyard funt-sterlinqə (təxminən 23 milyard dollar) çatıb.

Xeberdar.net
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Milli Statistika Xidmətinin hesabatına istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, ötən ay büdcə kəsirinin maliyyələşdirilməsi üçün ümumi borclanma statistik məlumatların toplanmasına başlanıldığı 1993-cü ildən bəri ən yüksək ikinci göstərici olub. Rekord göstərici isə 2020-ci ilin mayında koronavirus pandemiyasının pik həddə çatdığı vaxt qeydə alınmışdı. O vaxt kredit məbləği 45 milyard funt-sterlinqə (51 milyard dollar) çatmışdı.

Sentyabrda enerji qiymətlərinin bahalaşması və hökumətin yanlış hesablamaları səbəbindən dövlət xərcləri 5,8 milyard funt sterlinq (təxminən 7 milyard dollar) artıb. Britaniya Nazirlər Kabinetinin iqtisadi kursu Birləşmiş Krallıqda rekord inflyasiyaya səbəb olub. Hazırda inflyasiya 10,1 faizə çatır ki, bu da son 40 ildə maksimum göstəricidir. Funt sterlinqin məzənnəsi müəyyən məqamda rekord həddə enərək, demək olar ki, dollarla bərabərləşmişdi.


Xeberdar.net

XƏBƏR LENTİ