Paşinyandan üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ açıqlaması

432 26-10-2022, 17:20 dunya

Paşinyandan üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ açıqlamasıErmənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.

Xeberdar.net APA-ya istinadən xəbər verir ki, o, bu barədə “hökumət saatı”nda çıxışı zamanı deyib.

“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.

O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ