Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib

505 28-10-2022, 12:36 cemiyyet

Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçibAzərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.

Xeberdar.net-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.

“O cümlədən AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb”, - deyə baş bankir qeyd edib.

Xeberdar.net

XƏBƏR LENTİ