“Polşaya raket atılması texniki səhv ola bilər” - Ərdoğan

340 16-11-2022, 10:43 dunya

“Polşaya raket atılması texniki səhv ola bilər” - Ərdoğan“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.

Xeberdar.net məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.

“Bayden də deyib ki, raketlər Rusiya istehsallı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.

Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün adım deyil”, - Türkiyə lideri vurğulayıb.

XƏBƏR LENTİ