Rza Talıbovdan atasının istefasına - Reaksiya

307 21-12-2022, 16:11 cemiyyet

Rza Talıbovdan atasının istefasına - ReaksiyaAtamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam.

Xeberdar.net xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “Hər kəsin öz işi var” deyərək, əlavə şərh verməkdən imtina edib.

Xeberdar.net

XƏBƏR LENTİ