SEPAH-ın Xudafərindən Bu Taya “hədəsi”… - Video

211 5-01-2023, 10:33 cemiyyet

SEPAH-ın Xudafərindən Bu Taya “hədəsi”… - VideoSEPAH Azərbaycana qarşı növbəti video-çarx yayıb.

Xeberdar.net xəbər verir ki, bu haqda "Caucasian Live" Teleqram kanalı məlumat paylaşıb.

Video-çarxda İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından Bu Taya addımladığı əks olunub. Bayrağın üzərində isə “Qüdsə gedən yol” yazılıb. Molla rejimi artıq bir müddət öncə də Qüdsə gedən yolun Bakıdan keçdiyi haqda hədə gəlmişdi.

Tehran molla respublikası 30 il erməni işğalı zamanı məscidlərdə donuz saxlanmasını, “müsəlman torpağının” işğalını normal qarşılayır, hətta işğalçılara dəstək verirdi. Azərbaycanın torpağını azad etməsi, məscidləri bərpaya başlaması müsəlman adı ilə alver edən islamın bətnindəki qara yara olan İranı narahat edib.

40 ildir İsraili hədələməkdən o yana keçə bilməyən İran guya min kilometrlərlə uzaqda olan Qüdsün təəssübünü çəkir, amma qonşusunda müsəlman torpağını işğal edən xristian Ermənistana qardaş deyib, hər köməyi göstərir…

XƏBƏR LENTİ