Mərkəzi Bank uçot dərəcəsini artırıb

162 29-03-2023, 12:17 cemiyyet

Mərkəzi Bank uçot dərəcəsini artırıbFaiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 faizdən 7 faizə çatdırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul edib. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd olunub ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75%-dən 7%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb.

“Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.

XƏBƏR LENTİ