Bakıda binada yanğın olub

154 26-05-2023, 09:52 cemiyyet / hadise

Bakıda binada yanğın olubYanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya məlumat verilib.

Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ