Azad ərazilərdə daha 51 mina aşkarlanıb

118 5-06-2023, 16:02 cemiyyet

Azad ərazilərdə daha 51 mina aşkarlanıbANAMA icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Xeberdar.net-ə verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 531,4 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

XƏBƏR LENTİ