Neft bahalaşıb

149 13-09-2023, 13:24 iqtisadiyyat

Neft bahalaşıbAzərbaycan neftinin qiyməti 98 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb. Xeberdar.net-in məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 92,29 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 89,11 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,91 dollar artaraq 98,64 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

XƏBƏR LENTİ