Xəzərdə zəlzələ olub

117 10-03-2024, 11:51 hadise

Xəzərdə zəlzələ olubZəlzələnin ocağı 25 km dərinlikdə olub

Xəzər dənizində 3,1 maqnitudalı (Mw) zəlzələ olub. Xeberdar.net-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə görə, Bakı vaxtı ilə 00:09-da qeydə alınmış zəlzələnin ocağı 25 km dərinlikdə olub.

Təbii hadisənin episentri əhalisi təxminən 1 700 nəfər olan Çilov qəsəbəsindən (eyniadlı adada yerləşir) 86 km şimal-şərqdə yerləşib.

XƏBƏR LENTİ