İqbal Ağazadə jurnalistləri təbrik etdi

1 585 22-07-2019, 15:12 siyaset / gundem

İqbal Ağazadə jurnalistləri təbrik etdi























Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

Təbrikdə deyilir:


"Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatının yaranmasından 142 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb.
Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Hər zaman bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Söz və mətbuat azadlığına, azad rəqabət və reklam mühitinə şərait yaradılmalı, mətbuata və jurnalistlərə olan basqılar dayandırılmalıdır.

Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik."

Tanrı sizə yar olsun!".

Xeberdar.net

XƏBƏR LENTİ