Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun birinci müavini Faiq Kərimov istefa verib.
Faktı Axar.az-a təsdiqləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, F.Kərimov öz istəyi ilə ərizə yazaraq işdən çıxıb:
“Faiq Kərimov bir müddətdir ərizə yazıb və işdən ayrılıb. Səbəbi barədə məlumatımız yoxdur”.
E.Qocayev qeyd edib ki, hələlik onun yerinə təyinat olmayıb.
Xeberdar.net