Türkiyə ilə sərhəddə əməliyyat: 2 milyardlıq narkotik...

161 24-05-2025, 16:23 dunya

Türkiyə ilə sərhəddə əməliyyat: 2 milyardlıq narkotik...Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində Türkiyə Ticarət Nazirliyi Gömrük Mühafizə Baş İdarəsinin Narkotiklərə qarşı Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən “Dilucu” sərhəd-keçid məntəqəsində yük maşınında yoxlamalar aparılıb.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyə mediası xəbəryayıb.

Yoxlamalar çərçivəsində gizlədilmiş şəkildə 691 kiloqram narkotik vasitə olan - metamfetamin aşkar edilərək götürülüb.

Aşkar edilən narkotik vasitələrinin bazar dəyərinin təxminən 2 milyard 73 milyon lirə (red - 90,382,800 Azərbaycan manatı) olduğu müəyyən edilib.

Qeyd edək ki, “Dilucu” Naxçıvan Muxtar Respublikasında yerləşən, Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsidir.

XƏBƏR LENTİ