Qəzzada son sutkada 76 nəfər öldürülüb

165 24-05-2025, 16:27 dunya

Qəzzada son sutkada 76 nəfər öldürülüb200-dən çox insan isə yaralanıb

Son sutka ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 76 nəfər həyatını itirib, 200-dən çox insan isə yaralanıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail Ordusu Xan Yunisdəki bir yaşayış evinə zərbə endirib, nəticədə yeddi uşaq daxil olmaqla bir neçə nəfər həlak olub.

Cəbaliyədə yerləşən yaşayış binasına da hücum edilib, dağıntılar altında sağ qalanların axtarışı davam edir.

XƏBƏR LENTİ