"Əsgər Ailəsi Cəmiyəti" VTİB Abşeron rayonunda Tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirdi

273 24-05-2025, 19:16 cemiyyet

"Əsgər Ailəsi Cəmiyəti" VTİB Abşeron rayonunda Tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirdi

"Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi 23 may 2025-ci il tarixdə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Abşeron rayon Mehdiabad 5 saylı məktəbində konstitusiya və suverenlik ili, eyni zamanda Tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə öncə vətənin ərazi bütövlüyü uğurunda canını qurban edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova Konustutsiya və suverenlik ili ilə bağlı çıxışlar etdi, Abşeron rayonunda hər zaman qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, rayon icra başçısı Abdin Fərzəliyevin hər zaman bu ailələrin yanıbda olub, onlara dəstək verməsindən danışdı, vətənpərvərlik əhval-ruhiyyəli bu cür tədbirlərin keçirilməsinin vacibliyini də vurğuladı.
Tədbirdə çıxış edən təşkilat rəhbəri, vətən müharibəsi iştirakçısı Roza Əliqızı hərbi xidmətdə olduğu müharibə illərinin xatirələrindən , 30 il sonra qazanılan zəfərdən, tarixi zəfərin əhəmiyyətindən danışdı. Sonunda təşkilat rəhbəri salonda toplaşan məktəbliləri yaxşı oxumağa, vətənpərvər ruhda böyüməyə səslədi və Zəfəri xalqımıza yaşadan Ali Baş Komandana və onun şanlı ordusuna alqışlar istədi.
Şəhid bacısı, müharibə iştirakçısı Səkinə Həmidova çıxış edərək müharibənin xalqımıza yaşatdığı ağrı-acıdan, itkilərdən, vurduğu ziyandan, Cəbrayılda itkin düşən qardaşından danışdı. "Qadın və müharibə" mövzusunda söhbətlər açdı.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər də çıxış edərək müharibə və zəfər tarixindən danışdılar.
Məktəblilər milli və vətənpərvərlik ruhda şerlər səsləndirdilər, rəqs etdilər və mahnı oxudular.
Beləliklə, bədii və rəsmi hissə ilə keçən tədbir vətənpərvərlik əhvali ruhiyyəsi ilə başa çatdı.

Xeberdar.net

XƏBƏR LENTİ