Azərbaycanda iki dövlət agentliyi yaradıldı –İki qurum ləğv edildi – SƏRƏNCAM

Azərbaycanda iki dövlət agentliyi yaradıldı –İki qurum ləğv edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyinə verilib.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xeberdar.net

Azərbaycanda iki dövlət agentliyi yaradıldı –İki qurum ləğv edildi – SƏRƏNCAM

  • 12-01-2018, 20:02
  • 494


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI