Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb – VİDEO

977 14-01-2018, 10:42 maraqli / gundem

Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb – VİDEO
Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.
Xeberdar.net məlumat verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib.

Xeberdar.net


XƏBƏR LENTİ