Murad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİB

Murad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİB
Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub. "Boyuk Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.

Xeberdar.net məlumat verir ki, "Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur.

Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştriak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb.

İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.

12:52
***

Məlumata görə, bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə "Moskva" univermağının sahibəsidir.

Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir. Gəlin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Toy sahiblərinin yaxınları bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin, onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar.


Murad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİB
Murad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİBMurad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİB

Murad Boza yarım milyon verən cütlük hansı məmurların qohumudur? YENİLƏNİB

  • 15-01-2018, 15:29
  • 410


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI