“MTN-in ŞÖBƏ RƏİSİNƏ 200 MİN DOLLAR VERDİM…” – Zərərçəkmiş iş adamı

782 25-01-2018, 16:22 kriminal / gundem

“MTN-in ŞÖBƏ RƏİSİNƏ 200 MİN DOLLAR VERDİM…” – Zərərçəkmiş iş adamı
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda zərərçəkmiş iş adamı Mehrac Qurbanov çıxış edib. M. Qurbanov deyib ki, Vüsal Ələkbərova 200 min dollar verib: “Həmin pulu Vüsaldan istəyirəm”.
Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış etmək üçün prokurora söz verilib. Prokuror bildirib ki, cinayət işinin həcmi böyükdür. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və prokurora çıxışa hazırlaşmaq üçün vaxt verilib.
Növbəti proses fevralın 1-də davam edəcək.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

Xeberdar/net

XƏBƏR LENTİ