Prokuror 12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən iş adamına cəza istəyib

873 31-01-2018, 13:43 kriminal / gundem

Prokuror 12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən iş adamına cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, C. Canıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 7-də davam etdiriləcək.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ