Ərdoğan Putinlə telefonla danışdı

684 31-01-2018, 15:23 dunya / gundem

Ərdoğan Putinlə telefonla danışdıTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.


Xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soçidə keçirilən Milli Dialoq Konqresi, "Zeytun Budağı" hərəkatı və İdlib daxil olmaqla Suriyayla bağlı son hadisələr haqqında fikir mübadiləsi aparan Putin və Ərdoğan görüşündə ikitərəfli münasibətlərə də toxunulub.

İki lider danışıqlarında Milli Dialoq Konqresində baş verən bəzi problemlərə baxmayaraq, əldə edilən nəticənin önəmli bir təcrübə olduğunu bildiriblər. Konstitusiya Komitəsinin yaradılması məqamında atılan addımın ən mühüm nəticə olduğunu, Astanayla yanaşı, Cenevrə prosesi və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı baxımından da bir əlavə dəyər xarakteri daşıdığını vurğulayıblar.

Eləcə də onlar İdlibte baş verən təhlükəsizlik problemlərinə toxunublar. Prezident Ərdoğan 2Zeytun Budağı" hərəkatı haqqında da Putini məlumatlandırıb.

Xeberdar.net

XƏBƏR LENTİ