Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Trend-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib.
Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf – atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.
Bundan başqa, Bak Ubasi kəndi terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Xeberdar.net