Deputat: Sarkisyan “Kreml siyahısı”ndan qorxuya düşdü

690 31-01-2018, 15:26 dunya / gundem

Deputat: Sarkisyan “Kreml siyahısı”ndan qorxuya düşdüABŞ Maliyyə Nazirliyinin gələcəkdə sanksiyalarla üzləşə biləcək rusiyalıların yer aldığı “Kreml siyahısı” açıqlanar-açıqlanmaz prezident Serj Sarkisyanın Ermənistanın Xarici İşlər Nazirliyinə gedərək orada milli təhlükəsizlik strategiyasına dəyişiklik etmənin vaxtının çatdığını bildirməsi, fikrimcə, elə-belə deyil.

Moderator.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun dediyinə görə, Sarkisyanın narahat olduğu hiss olunur:

“Ona görə narahatdır ki, birincisi, ABŞ Rusiyaya qarşı sanksiyanı sərtləşdirəcəyi halda, onun forpostunun da bundan zərbə yeyəcəyi şəksizdir.

İkincisi, “Kreml siyahısı”nda erməni əsilli bir neçə iş adamı var ki, onlar Sarkisyanla ortaqdırlar. Bu adamlardan bəziləri həm orada hakimiyyətin formalaşmasında müəyyən rol oynayırlar, həm də Ermənistanla Rusiya arasında bütün açıq və gizli iqtisadi əlaqələr, o cümlədən də indiyədək tətbiq olunan sanksiyalardan yayınılmasına xidmət edən qaranlıq maliyyə əməliyyatları onların vasitəsilə reallaşdırılır.

Yeri gəlmişkən, həmin adamlardan biri oğrubaşı kimi tanınan Robson ləqəbli Ruben Tatulyandır. Müxtəlif cinayətlərdə adı hallandırılan bu soçili erməni Ermənistanın diplomatik pasportunu daşıyır və deyilənə görə, həm də forpostun xarici işlər naziri Nalbandyanın müşaviridir”, - deyə millət vəkili qeyd edib.

Xeberdar.net

XƏBƏR LENTİ