ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.
Moderator.az xəbər verir ki, ABŞ nümayəndəsi Endryu Şofer, Fransa nümayəndəsi Stefan Viskonti və rusiyalı həmsədr İqor Popovun 7 fevral tarixində Ermənistana səfər edəcəkləri məlum olub.
Həmsədrlər Ermənistandan əvvəl sabah, yəni 3 fevral tarixində Bakıya səfər edəcəklər. 4 fevral tarixində isə həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılıb.
ATƏT-in həmsədrləri Ermənistanda da ölkə rəhbərliyi ilə görüşəcəklər. Görüşlərin məqsədi Dağlıq Qarabağ probleminin həlli yollarıdır.
Xeberdar.net