Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur

614 6-02-2018, 11:25 dunya / gundem

Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunurLos-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Cinayət Məcəlləsinin 32 maddəsi ilə ittiham olunur.

Xeberdar.net Ermənistan KİV-inə istinadən xəbər verir ki, 34 yaşlı A.Qasparyanın təqsirli bilindiyi epizodlardan biri 37 yaşlı Adan Koreanın qətli ilə bağlıdır.

İttihama görə, o, avtomobillə hərəkət edən A.Koreaya odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Artyom Qasparyan adamları oğurlayaraq 11 qətl törətməkdə, 6 qarətdə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz odlu silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.

Məlumata görə, o, bir qadını və üç uşağı avtomobillə vurub hadisə yerindən qaçmq istəyərkən, polisn açdığı atəş nəticəsində yaralanıb və tutulub. A.Qasparyan məhkəmə iclasına əlil arabasında gətirilib.

Erməni əsilli ABŞ vətəndaşının işi üzrə məhkəmənin növbəti iclası fevralın 15-də keçiriləcək. Prokurorun ona ölüm hökmü istəyəcəyi gözlənilir.

Xeberdar.net

XƏBƏR LENTİ