BAKIDA ZAVODDA GÜCLÜ PARTLAYIŞ – Ölən və xəsarət alan olmayıb – Foto, Video (YENİLƏNİR)

783 6-02-2018, 22:13 gundem

BAKIDA ZAVODDA GÜCLÜ PARTLAYIŞ – Ölən və xəsarət alan olmayıb – Foto, Video (YENİLƏNİR)
Bakıda “Radioquraşdırma” zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

Bakının Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur. “Report”un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

“Radioquraşdırma zavodu” istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.

* * *
Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. “Report”un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən “Report”a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Xeberdar,nwt

XƏBƏR LENTİ