Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin ediləcək

659 7-02-2018, 10:37 gundem

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin ediləcək
Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

“Report”un xəbərinə görə, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə bildirilib ki, Ali Məhkəmənin hakimi səlahiyyətlərinin müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə edilib.

Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.

Xeberdar.net

XƏBƏR LENTİ