Bakıda avtobus sürücüsü döyüldü

774 7-02-2018, 14:08 cemiyyet / gundem

Bakıda avtobus sürücüsü döyüldüHadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

204 saylı marşrut avtobusunun sürücüsü Məhəmməd Quliyev 12ci Polis Bölməsinə müraciət edərək bildirib ki, avtobusu idarə edərkən sərnişin tərəfindən döyülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Aslan oğlu Səfərov müəyyənləşdirilərək polis bölməsinə gətirilib. O, ilkin izahatında sürücünü döydüyünü etiraf edib.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb. Başlanılan araşdırmaların sonunda fakta hüquqi qiymət veriləcək.(olke.az)

XƏBƏR LENTİ