Afrində şiddətli döyüşlər gedir –PYD raket atdı, 10 türk əsgəri yaralandı

777 7-02-2018, 22:25 dunya / gundem

Afrində şiddətli döyüşlər gedir –PYD raket atdı, 10 türk əsgəri yaralandı
Türkiyə Ordusu Afrinin Darmık dağı ilə Bülbül bölgəsi arasında yerləşən ərazidə raket zərbələrinə tuş gəlib.

Strateq.az xəbər verir ki, PYD terrorçularının qəfil raket hücumu nəticəsində azı 10 türk əsgəri yaralanıb: "Yaralılar dərhal helikopterlə ərazidən çıxarılaraq, Kilisdəki xəstəxanaya gətiriliblər. Xəstəxana çevrəsində geniş təhlükəsizlik tədbiri alınıb".

Məlumata görə, PYD-nin atəş açdığı əraziyə doğru əməliyyat başlayıb: "Ərazi top və tanklarla davamlı atəşə tutulub. İlkin məlumata görə, xeyli terrorçi məhv edilib".
xeberdar.net

XƏBƏR LENTİ