Erməni alim beynəlxalq konfransa buraxılmadı – Tədqiqat materialı Qarabağla bağlı olub

648 8-02-2018, 11:28 dunya / gundem

Erməni alim beynəlxalq konfransa buraxılmadı – Tədqiqat materialı Qarabağla bağlı olub
Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub.

Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü Njde Yeranyan araşdırma materialı Dağlıq Qarabağla bağlı olduğu üçün tədbirə buraxılmayacaq.

N. Yeranyan münaqişəli ərazilərdə tədqiqatların aparılmasına qadağa qoyan UNESCO qərarı əsasında toplantıda iştirakdan kənarlaşdırıldığını söyləyib.

Qeyd edək ki, tədbir martın 29-30-da keçiriləcək.

XƏBƏR LENTİ