Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyev namizədliyi rəsmən irəli sürülüb.
Bu barədə "İrəli" sədri Mirhəsən Seyidov sosial şəbəkədə məlumat verib:
"Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci ilin aprelində keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respiblikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb".
Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Xeberdar.net