Məmurlar tərəfindən sıxışdırılan Qubalı fermer prezidentə müraciət etdi – ŞİKAYƏT

971 15-02-2018, 11:39 bolge / gundem

Məmurlar tərəfindən sıxışdırılan Qubalı fermer prezidentə müraciət etdi – ŞİKAYƏT
Ölkə başçısı dəfələrlə sahibkarları incidməməklə bağlı məmurlara xəbərdarlıq edib. Amma bəzi məmurlar yenə də öz ampulasındadır. İmkan tapan kimi sahibkarları sıxışdırır, onların işinə əngəllər törədilməsi davam etdirilir. Belə sahibkarlardan biri də Qubada sahibkarlıqla məşqul olan Vəliyev Əli Elmir oğludur. Sahibkar saytımız vasitəsi ilə ölkə başçısına müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik.

"Mən Vəliyev Əli Elmir oğlu, iyirmi ildir ki Quba rayonu Qəçreş istirahət zonasında “Xınalıq Ailəvi İstirahət Mərkəzi”ndə xırda sahibkarlıqla məşğulam.Restoranın yaranmasında, fəaliyyətə başlamasında bilavasitə fiziki və maddi əməyim olmuşdur. İstirahət Mərkəzinin tikintisində, inkişaf etdirilməsində, ərtaf mühitin təmizlənib abadlaşdırılmasında,Meşə Qoruğunun qorunmasında öz zəhətim və vəsaitim hesabına başa gəlib.

10-15 nəfər işçi heyəti daxil olmaqla bu neçə illlər ərzində meşə və meşə fondu torpaqlarına heç bir ziyan vurmadan fəaliyyətimizi davam etdirmişik.
Hörmətli prezident İlham Əliyev cənablarının bu yaxınlarda çıxışına əsasən xırda və böyük sahibkarların fəaliyyətinin qorunması qəti sürətdə bildirilmişdir.Əlavə olaraq qeyd etmişdir ki,sahibkarların haqqları tapdalandığı zaman İlham Əliyev cənablarına müraciət olunsun. Və buna əsasən yazıb sizə bildirmək istəyirəm ki, artq bir aydan çoxdur ki, fəaliyyəti ilə məşğul olduğum istirahət mərkəzinə fiziki sürətdə xələl gətirirlər.
Ekologiya Nazirliyinin 5 nömrəli ekologiya idarəsinin rəisi Ədilov Rafiq və onun işçiləri mənim uzun müddətlik müqaviləmi, bu neçə illər ərzində mənim və ailəmin ,işçilərimin istirahət mərkəzi üçün çəkdiyi əziyyəti heçə sayaraq, fiziki təzyiqlərlə,hədə-qorxularla, heç bir sənəd təqdim etmədən, konpensasiya ödəmədən, fəaliyyəti ilə məşğul olduğum İstirahət Mərkəzini dağıtmağa və əlimdən almağa təşəbbüs göstərirlər.
Onuda qeyd edim ki, müqaviləmdə qeyd olunduğu kimi 2025-ci ilə qədər Meşə Fondunun icarə haqqınıda ödəişəm. Hörmətli İlham Əliyev cənabları, sizdən artıq dərəcədə xahiş edirəm ki, yuxarıda göstərdiyim məsələlər ilə bağlı adiyyatı qurumlar məşğul olsunlar.Xahiş edirəm bizə olunan bu təzyiqlərə son qoyulsun. Əgər tez bir zamanda bu işə baxılmasa,Ədilov Rafiqin göstərişlərinə əsasən, iş yerim olan “Xınalıq”Ailəvi İstirahət mərkəzi dağılıb,əlimdən alınacaq. Və bu baş verərsə, mənimlə bərabər ailəm və uzun müddət burada çalışıb əməyi keçən işçilərimin qazancından və iş yerindən məhrum olacaqlar.
Cənab prezident İlham Əliyev, sizə güvənim sonsuzdur, inanıram ki, tez bir zamanda bu özbaşnalığa son qoyacaqsınız."

Xeberdar.net

XƏBƏR LENTİ