Dünya birjalarında Brent markalı neftin qiyməti artıb.
Moderator.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,39% artaraq 61,02 dollar olub.
Sutka ərzində sözügedən neftin qiyməti 60,93 dollaradək azalıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,01% artaraq 64,90 dollar təşkil edib.
Sutka ərzində sözügedən neftin qiyməti 64,98 dollaradək artıb.
Xeberdar.net