“Nüvə razılaşmasını tərk edəcəm, əgər…” – İran hədələdi

733 22-02-2018, 17:41 dunya / gundem

“Nüvə razılaşmasını tərk edəcəm, əgər…” – İran hədələdiABŞ-ın təzyiqi altında Qərb dövlətləri İranla əməkdaşlıqdan boyun qaçırarsa, Tehran nüvə proqramı ilə bağlı sazişdən çıxa bilər.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.

Nazir müavini vurğulayıb ki, bu şərtlərdə sazişin icrası çox davam edə bilməz: “Bu cür nizamsız siyasət davam edərsə, əgər şirkətlər İranla işləməyəcəksə, biz bu sazişi icra edə bilməyəcəyik. Çünki bu, bizə sərf etməyəcək”.

Xeberdar.net

XƏBƏR LENTİ