Yanvarın 7-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina partlayışı baş verib. Humanitar minatəmizləmə əməliyyatlarında iştirak edən şirkət əməkdaşı, 1985-ci il təvəllüdlü Rəşad Məmmədov, xidməti zamanı piyada əleyhinə mina partlaması nəticəsində xəsarət alıb.
O, Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı sağ diz və baldır, hər iki bud və qarın ön divarında açıq yaralar aşkar edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır, həyati təhlükəsi yoxdur./Xeberdar.net/