Sabahın hava proqnozu

48 6-01-2026, 15:33 cemiyyet

Sabahın hava proqnozuYanvarın 7-də Bakıda və bölgələrdə gözlənilən hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağış gözlənilmir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Temperatur: gecə 5-7°, gündüz 9-13° isti. Atmosfer təzyiqi 766 mm civə sütunu səviyyəsində, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4° istiyə, gündüz 12-17° isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2-7° şaxta, gündüz 7-12° isti olacaq.

XƏBƏR LENTİ