Novruz çərşənbələri nə vaxt qeyd olunacaq? – Tarixlər açıqlandı

419 5-01-2026, 10:46 cemiyyet

Novruz çərşənbələri nə vaxt qeyd olunacaq? – Tarixlər açıqlandıBu il Azərbaycanda Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbələrin tarixləri açıqlanıb.
Xeberdar.net-in məlumatına görə, 2026-cı ilin ilk Novruz çərşənbəsi fevralın 24-nə təsadüf edir. Sonuncu çərşənbə isə martın 17-də qeyd olunacaq.
Belə ki, fevralın 24-də Su çərşənbəsi, martın 3-də Od çərşənbəsi, martın 10-da Hava (Yel) çərşənbəsi, martın 17-də isə Novruzun axırıncı çərşənbəsi olan Torpaq çərşənbəsi keçiriləcək.

XƏBƏR LENTİ