Vilyam Hacıyev Milli Qəhrəmanın qardaşını vəzifədən azad etdi

1 495 28-02-2018, 13:00 bolge / gundem

Vilyam Hacıyev Milli Qəhrəmanın qardaşını vəzifədən azad etdi
H.Əliyev parkı baxımsızlıqdan bərbad vəziyyətə düşmək ərəfəsindədir

Ölkədə cəmi 40 gündən sonra prezident seçkiləri keçirləcək. Milli və dövlət əhəmiyyətli bu proses əslində bir millətin bayramı hesab edilməldir. Çünki məhz prezident seçkilərində millət özünün rifahına, sabitliyinə, iqtisadi inkişafına səs verir. Bəzən isə istəmədən bunun əksinin şahidi oluruq. Bir neçə gün öncə İmişli rayonunun üç kəndində - Xəlfəli, Hacalmuradlı və Kürdmahmudlu kəndlərində sakinlər qaz təchizatındakı problemlərə etiraz etmişdilər. Conflict.az-a İmişlidəki mənbədən daxil olan məumata görə bu hadisədən sonra RİH-nin başçısı Vilyam Hacıyev hər üç kəndin ərazi icra nümayəndəsi Əbülfət Əliyevi vəzifəsindən azad edib. Xatırladaq ki, Ə.Əliyev Azərbaycanın Milli Qəhrəman İmanverdi Əliyevin qardaşıdır. Mənbənin verdiyi məlumata əsasən Xəlfəli, Hacalmuradlı və Kürdmahmudlu kəndlərinin sakinlərinin etiraz aksiyasından sonra İmişli RİH-nin başçısı Vilyam Hacıyev kənd icra nümayəndələrini toplayaraq konkret tapşırıq verib: “Rəhbərlik etdiyiniz kəndlərdə hətta üç nəfər belə etiraz etsə, vəzifənizdən çıxarılacaqsınız.” Xatırladaq ki, rayonda mənzillərə qaz təchizatındakı problemlərələ bağlı Conflict.az olaraq bir neçə dəfə məlumatlar dərc etmişik. Hətta məlumatlarda o da qeyd edilmişdi ki, cənab Vilyam Hacıyev bu strukturun ona, yəni rayon icra hakimimiyyətinə tabe olmadığını bildirmişdi . “Şikayəti mənə deyil, SOCAR-a edin” – deyə yol da göstərmişdi . O zaman sual olunur, əgər bir rayonun icra hakimiyyətinin başçısı olaraq bu tip problemləri həll etmək sizin səlahiyyətinizdə deyilsə, sıradan bir kənd icra nümayəndəsi bəs nə etsin? İcra başçısını eşitməyən təşkilat rəhbəri onun nümayəndəsinimi eşidəcək? Və ya nədən xalqın problemi zamnında həll edilmir, əvəzində onların küçələrə çıxmasına mane ola bilməyən icra nümayəndəsi görəvindən alınır? Bu nə absurddur? Nədən azad, demokratik ölkədə insanlar ehtiyaclarını sərbəst şəkildə ifadə etməsinlər? Sözsüz ki, suallar çoxdur. Lakin biz media olaraq İmişli rayon rəhbərliyinin qaldırılan problemə biganə münasibətinin dəfələrlə şahidi olmuşuq. Yuxarıda qeyd etdiyimiz kimi cəmi 40 gün sonra ölkədə olduqca mühüm və dövlət əhəmiyyətli bir hadisə - prezident seçkiləri keçiriləcək. Özlərini mərhum prezident Heydər Əliyevin davamçıları hesab edənlərin diqqətinə bir problemi də çatdırmağı özümüzə borc bilirik. İmşli rayonundakı H.Əliyev parkı baxımsızlıqdan bərbad vəziyyətə düşmək ərəfəsindədir.
Vilyam Hacıyev Milli Qəhrəmanın qardaşını vəzifədən azad etdi
Mənbənin verdiyi məlumata görə parkdakı üzlük daşlar qopub, dekorativ gül kolları quruyub. Park sahibsiz itlərin sığınacağına, inəklərin otlaq sahəsinə çevrilib. Ciddi rəqəmlərlə müşayət olunan vəsaitə yaponlara inşa etdirilən müsiqili fontan isə uzun müddətdir ki, işləmir. Park istirahət yeridir cənablar. İnəklərin otlayıb, itlərin gəzdiyi çöllük yox. Bundan başqa parkda xaotik şəkildə fəaliyyət göstərən çayxanalara gələnlər artıq H.Əliyevin adını daşıyan parkdan parkovka kimi də istifadə edirlər. Görəsən bunları cənab Vilyam Hacıyev görmürmü? Axı xidməti otağının pəncərəsi də məhz H.Əliyevin adını daşıyan parka açılır.
Vilyam Hacıyev Milli Qəhrəmanın qardaşını vəzifədən azad etdi
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

XƏBƏR LENTİ