Şəmkirdə partlayış nəticəsində bir nəfər xəsarət alıb

817 3-03-2018, 21:36 hadise / gundem

Şəmkirdə partlayış nəticəsində bir nəfər xəsarət alıb
Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

APA-nın FHN-nin saytına istinadla verdiyi xəbərə görə, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ