İran ABŞ və İsrail aviasiyasını necə izləyir?

12 Bu gün, 10:38 dunya

İran ABŞ və İsrail aviasiyasını necə izləyir?İran ABŞ və İsrail hərbi aviasiyasını izləmək üçün xüsusi kameralar şəbəkəsi yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı məlumat yayıb.

Məlumata görə, kameralar ABŞ və İsrail təyyarələrinin uçduğu əsas istiqamətlərdə yerləşdirilib və adi gözlə görünməyən siqnallar vasitəsilə məlumat toplayır.

Keçmiş israilli hərbi ekspert Amir Avivinin sözlərinə görə, bu sistemlərin əsas üstünlüyü ondan ibarətdir ki, radarlar kimi siqnal yaymır. Bu isə onların aşkarlanmasını və məhv edilməsini çətinləşdirir.