Ağ Ev qarşısında atışma:təfərrüatları məlum oldu

614 4-03-2018, 11:32 dunya / gundem

Vaşinqtonda Ağ Evin qarşısında baş verən atışmanın təfərrüatları məlum olub.

Trend-in verdiyi xəbərə görə, ABŞ-ın Məxfi Xidməti Ağ Evin yaxınlığında atəş açan naməlum şəxsin binanı hədəf almadığını bildirib.

Məlumata əsasən, o başından aldığı güllə yarasından keçinib.

“İnsident zamanı prezident və birinci ledi evdə olub”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha öncə dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşqul olan ABŞ-ın Məxfi Xidməti Ağ Evin qarşısında atışma barədə məlumat yayıb.

Xeberdar.net

XƏBƏR LENTİ