Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub

595 5-03-2018, 14:46 gundem

Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub
Ötən il Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Xeberdar.net

XƏBƏR LENTİ