Saakaşvili: "Bu il hakimiyyətə gələcəm"

776 5-03-2018, 15:30 dunya / gundem

Saakaşvili: "Bu il hakimiyyətə gələcəm"Mixail Saakaşvili Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasını digər partiyalarla danışıqlara başlamağa səsləyib.
Bu sözləri o, tərəfdarlarına video-müraciətində deyib. Saakaşvili partiyasının digər ictimai birliklərlə razılığa gələrək oktyabrda müxalifətin vahid namizədi kimi prezidentliyə namizədliyinin irəli sürülməsini istəyib:

“Biz 2018-ci ildə hakimiyyətə geri dönməliyik. Bunu necə edəcəyik? Biz prezident seçkilərini qazanıb, İvanişvilinin idarəetməsini, onun feodal sarayını dağıdacağıq”.(Axar.az)

XƏBƏR LENTİ