Dövlət İdarəsinin qərarını Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov qəsdən qərəzli olaraq icra etmək istəmir. - İTTİHAM FOTO/VİDEO

11 Bu gün, 09:30 cemiyyet

Dövlət İdarəsinin qərarını Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov qəsdən qərəzli olaraq icra etmək istəmir. - İTTİHAM FOTO/VİDEOGöyçay rayonu Qarabaqqal kəndində yaşayan şəxslər tərəfindən

ŞİKAYƏT
.
Dövlət İdarəsinin qərarını Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov qəsdən qərəzli olaraq icra etmək istəmir. Biz, Göyçay rayonu Qarabaqqal kəndinin bir qrup sakini, həyatımız və sağlamlığımız üçün birbaşa və real təhlükə yaradan qanunsuz it sığınacağı ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, qanunun tələbləri bu günə qədər kobud şəkildə icra olunmur. Bu səbəbdən artıq son ümid yeri kimi mətbuat vasitəsi ilə cənab Prezidentə müraciət etmək məcburiyyətində qalmışıq.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) etdiyimiz rəsmi şikayət əsasında 09 dekabr 2025-ci il tarixdə Agentliyin səlahiyyətli nümayəndələri tərəfindən əraziyə baxış keçirilmiş, yerində araşdırma aparılmış və rəsmi akt tərtib edilmişdir. Həmin aktda açıq və birmənalı şəkildə göstərilmişdir ki, Qarabaqqal kəndində yerləşən sözügedən it sığınacağı tam qanunsuz fəaliyyət göstərir, sığınacaq yaşayış evlərindən təxminən 10 metr məsafədə yerləşdirilib, sanitar-gigiyenik və baytarlıq norma və qaydalarına cavab vermir, epizootik təhlükəsizlik təmin olunmur, yoluxucu xəstəliklərin yayılması riski son dərəcə yüksəkdir, dezinfeksiya, drenaj, iqlimləndirmə, təhlükəsizlik sistemləri mövcud deyil, ətraf mühitə və əhalinin sağlamlığına birbaşa təhlükə yaradır.
AQTA tərəfindən bu sığınacağın ərazidən köçürülməsi barədə qəbul edilmiş qərarın icrası Göyçay Rayon İcra Hakimiyyətinə həvalə edilsə də, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov tərəfindən bu qərar bu günə qədər icra edilməmişdir. Faktiki olaraq, dövlət orqanının rəsmi qərarı saya salınmır, qanunların icrası təmin edilmir.Bu vəziyyət artıq sadəcə laqeydlik deyil, qanunların açıq şəkildə pozulması, vətəndaşların həyat və sağlamlıq hüququnun təhlükə altına atılmasıdır.

Xüsusilə vurğulamaq istəyirik ki, biz sahibsiz heyvanların qorunmasının əleyhinə deyilik. Lakin it sığınacaqları yaşayış məntəqələrindən azı 5–10 kilometr uzaqda, sanitar və baytarlıq normalarına tam uyğun ərazilərdə yerləşdirilməlidir. Bu, həm milli qanunvericiliyin, həm də beynəlxalq təcrübənin tələbidir.
Daha əvvəl Göyçay rayonu ərazisində nisbətən təhlükəsiz zonada yerləşən sığınacağın sökülərək birbaşa yaşayış evlərinin yaxınlığına köçürülməsi vətəndaşların hüquqlarına qarşı açıq hörmətsizlik və məsuliyyətsizlikdir./Teref.net/

XƏBƏR LENTİ