Azərbaycanda zəlzələ qeydə alınıb

61 22-02-2026, 11:36 cemiyyet

Azərbaycanda zəlzələ qeydə alınıbAzərbaycanda zəlzələ baş verib.
Xeberdar.net məlumat verir, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 kilometr cənub-qərbdə, Şamaxı rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 3,9 olan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

XƏBƏR LENTİ