Göyçaydan məktub var-İcra başçısı sahibkarların başına necə oyun açır?

854 13-03-2018, 11:44 bolge / gundem

Göyçaydan məktub var-İcra başçısı sahibkarların başına necə oyun açır?
Bildiyiniz kimi, 10 aydan artıq müddətdir ki, Göyçay RİH Başçısı Mehdi Səlimzadə “bazar oyunları” adı altında sahibkarların başına oyun açmış, bu işərin həyata keçiriməsi üçün isə sahibkarları “qanunsuzluq, itaətsizlik və s. hərəkətlər”lə şərləməkdən belə çəkinməmişdir. Bu barədə yuxarı dairələrə yalan məlumat vermiş icra başçısı hər gün ifşa olunmaqda davam edir və onun rayonda törətdiyi inhisarçı niyyətləri ortaya çıxır. Onun qanunsuz əməllərinin nəticəsi olduqca ağır və xoşagəlməzdir. Əminliklə bildirmək olar ki, 100-lərlə ailənin dolanışığına bais olmuş M. Səlimzadənin artıq inhisarçılığa almadığı sahə qalmayıb.
Məlum edirəm ki, Göyçay RİH Başçısı və ya “bazarkom” Mehdi Səlimzadənin açıq təşəbbüsü və sifarişi ilə həm özünün, həm də Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Göyçay rayon Baytarlıq İdarəsinin iddiası üzrə Şəki İnzbati-Iqtisadi Məhkəməsi “AVA-N” MMC tərəfindən icarəyə götürülmüş 0,85 ha torpaq sahəsində sanitar-epidemiloji və gigiyena, dövlət baytarlıq nəzarəti tələblərinə əməl edilmədən kənd təsərrüfatı, heyvandarlıq və digər ərzaq məhsullarının satışının qadağan olunması”na dair qətnamə çıxartmışdır.
İddia tələbinin və qətnamənin məzmunundan belə anlaşılır ki, “məsuliyyət” nəzərdə tutulmuş Azərbaycan Respublkasının müvafiq Qanunvericiliyi öz əhəmiyyətini və dəyərini itirmişdir. Məgər ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər şəxslər məhkəmə qətnamələri əsasında fəaliyyət göstərirlər, yoxsa müvafiq Qanunvericiliklə? Belə bir qətnamənin çıxarılması sanki bir vətəndaş üzərinə başqasını, “söyməmək, döyməmək, öldürməmək və s.” qadağaların qoyulmasına bənzəyir. Belə absurd təşəbbüs və ideya normal düşüncəli heç kimin ağlına gələ bilməzdi, amma “bazarkom” icra başçısının ağlına gəlmiş oldu. Göründüyü kimi Göyçay rayonuna yeni düzən gətirmiş M. Səlimzadə artıq öz düşüncə tərzinə uyğun gələn “qayda-qanun”ların tətbiqinə başlayıb.
Yeni “qanun”a görə bütün ölkə boyu kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan sahibkarlar və vətəndaşlar məhkəməyə verilməli, onların “sanitar-epidemioloji və gigiyena, baytarlıq nəzarəti qaydalarına riayət etmələri” məhkəmə qətnaməsi ilə üzərlərinə qoyulmuş vəzifə kimi göstərilməlidir.
Əldə olunmuş məlumata görə icra başçısı bu cür qətnamənin çıxarılması üçün Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovla əlbir olaraq işə baxan hakimlərə kifayət qədər təzyiq göstərmiş olublar ki, Göyçay rayonunda bir müddət əvvəl sahibkarlara qarşı edilmiş ciddi qanunsuzluqlara qismən “hüquqi don” geyindirilmiş olsun. Həmçinin hakimiyyətin yuxarı dairələrində icra başçısı özünü “məhkəmə qərarı var” deyə sığortalaya bilsin.
Sanitar-epidemiloji və gigiyena, dövlət baytarlıq nəzarəti tələblərinə əməl edilməməsi ölkənin hansı sahəsində yol verilən əməldir ki, bizdə əməl olunub-olunmaması məhkəmə qətnaməsi ilə tənzimlənir? O zaman inzibati məsuliyyət müəyyən edilən Qanunvericilik kimə və nəyə xidmət edir?

“Göyçay-Avtonəqliyyat” ASC-nin İdarə Heyətinin sədri: Əliyev Arif İbadət oğlu

Xeberdar.net

XƏBƏR LENTİ