Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

52 26-07-2025, 18:27 cemiyyet

Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıqAzərbaycanın bəzi bölgələrində iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xeberdar.net məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər yayıb.

Qeyd edilib ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

XƏBƏR LENTİ