Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2025-ci il üzrə iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.
Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.
Məlumata görə regional təhsil idarəsi rəhbəri İlhamə Abdullayeva yola salınacaq. Hətta onun hüquq-muhafizə orqanlarının birində barəsində ciddi araşdırmalar aparacaq. Bu araşdırmalar onun həbsinə kimi apara bilər.
Regional təhsil şefinin başı şəxsi biznesinə qarışdığı üçün təhsildən kənar qalıb hətta onun şəhərin muxtəlif yerlərində qadın salonları açması barədə də məlumatlar var.
İlhamə Abdullayevadan əlavə onun idarəçiliyində olan bəzi məktəb direktorlarında eyni acı tale gözləyir. Xüsusi ilə Abşeron rayon Xırdalan şəhəri 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimovanın adı hallanır. İddialara görə, Gülnaz Kərimova İlhamə Abdullayevaya yaxınlığı ilə seçilir.
Yerli media üzərindən axtarış etsəz xanım məktəb direktorunun adını bir sıra qalmaqllarda hallandığının şahidi olarsız. Elm və təhsilimizin, bu məktəbin özünün təəssübünü çəkənlər, direktorun və ətrafının törətdikləri cinayət əməllərinə dönməyənlərdir. Xatırlayırsizsa bir vaxtlar Gülnaz Kərimova öz otaqında başına tac qoyduraraq özünə "Kraliça" ləqəbi qazandırmışdı.
Bundan əlavə də onun müəllimlərlə arasında olan qeyri-insanı rəftar pik həddə çatmışdır və nəhayət dövlət qurumları təhsil adına kölgə salanlara dur deyib barələrində araşdırmalar aparır. Biz yazdıq, sonda qərar vermək adiyyəti qurumların üzərinə düşür